AzizA

AzizA Sağlamlıq 15-01-2026, 13:30

Ən ucuzundan ən bahalısına qədər yoxlanıldı: Radiasiya yayırlar

Ən ucuzundan ən bahalısına qədər yoxlanıldı: Radiasiya yayırlar

Gündəlik həyatın ayrılmaz hissəsinə çevrilən naqilsiz qulaqlıqlar rahat və şık dizaynları ilə seçilir. Lakin mütəxəssislər bu cihazların uzunmüddətli istifadəsinin mümkün sağlamlıq risklərinə diqqət çəkirlər.

Naqilsiz qulaqlıqlar "Bluetooth" texnologiyası vasitəsilə ionlaşdırıcı olmayan elektromaqnit sahə (EMF) radiasiyası yayır. Aparılan bəzi elmi araşdırmalar uzun müddət və yaxın məsafədən EMF-yə məruz qalmanın baş ağrısı, yorğunluq, hormonal pozuntular, doğurganlıq problemləri və mümkün nevroloji təsirlərlə əlaqəli ola biləcəyini göstərir.

Araşdırmalarda ən bahalı və ən ucuz kablosuz qulaqlıqlar da sınaqdan keçirilib. Nəticələrə əsasən, qiymətindən asılı olmayaraq bəzi modellərin yaydığı EMF göstəricilərinin sağlamlıq üçün tövsiyə olunan həddi keçdiyi müəyyən edilib. Bu fakt bahalı cihazların belə hər zaman daha təhlükəsiz olmadığına işarə edir.

Mütəxəssislərdən tövsiyələr:

Mümkün qədər naqilli qulaqlıqlardan istifadə edin

Qısa zənglər zamanı səsgücləndirici rejimini seçin

Kablosuz qulaqlıqlarla yatmaqdan çəkinin

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
204 140 214 182 188 164

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.