Ermənistan kəşfiyyatı: Rusiyaya qarşı sanksiyalar iqtisadi risk yaradır
Ermənistan Xarici Kəşfiyyat Xidməti Rusiyaya qarşı tətbiq edilən davamlı sanksiyaların ölkə iqtisadiyyatı üçün ciddi risklər yaratdığını bəyan edib. Sun.Az xarici mediaya istinadən xəbər verir ki, bu barədə kəşfiyyat xidmətinin Armenpress xəbər agentliyi tərəfindən dərc olunan hesabatında qeyd olunub.
Hesabatda bildirilir ki, Rusiyaya qarşı tətbiq edilən sanksiyaların əhəmiyyətli hissəsi uzun müddət qüvvədə qalacaq:
"Rusiyaya tətbiq edilən sanksiyaların böyük qismi qüvvədə qalmağa davam edəcək və bu, ikinci dərəcəli sanksiyalar da daxil olmaqla, Ermənistan iqtisadiyyatı üçün risklər yaradacaq".
Sənəddə geosiyasi mərkəzlər arasında davam edən qütbləşmənin Yerevan üçün əlavə təhlükələr formalaşdırdığı vurğulanır. Qeyd olunur ki, bu proses Ermənistanın xarici siyasət kursunun və iqtisadi əlaqələrinin balanslaşdırılması ilə bağlı riskləri artıra bilər.






