AzizA

AzizA Sağlamlıq 28-01-2026, 12:30

Tromb yaranmasının qarşısını alan ƏDVİYYAT

Tromb yaranmasının qarşısını alan ƏDVİYYAT

Zəncəfilin tromb yaranmasının qarşısını almaqda təsirli olduğu elmi şəkildə təsdiqlənib. Mütəxəssislər bildirir ki, zəncəfilin tərkibində olan gingerol maddəsi antitrombotik xüsusiyyətə malikdir.

Piroqov Universitetinin 2 nömrəli Daxili Xəstəliklər Propedevtikası kafedrasının həkimi Elvira Xaçirovanın sözlərinə görə, gingerol trombositlərin bir-birinə yapışaraq laxta əmələ gətirməsinin qarşısını alır.

Həkim qeyd edib ki, zəncəfilin antitrombotik təsiri trombosit aqreqasiyasının azalması ilə bağlıdır. Lakin bu faydalı təsir yalnız zəncəfil müntəzəm şəkildə qida rasionuna daxil edildikdə özünü göstərir.

Mütəxəssis əlavə edib ki, zəncəfil xüsusilə oturaq həyat tərzi keçirənlər və varikoz damar problemi olan, yəni orta dərəcəli tromboz riski daşıyan şəxslər üçün faydalı ola bilər.

Bununla yanaşı, Elvira Xaçirova bəzi şəxslərin zəncəfili həkimlə məsləhətləşmədən qəbul etməməli olduğunu vurğulayıb. Bunlara antikoaqulyant dərman qəbul edənlər, hamilə qadınlar (xüsusilə üçüncü trimestrdə), eləcə də mədə-bağırsaq xəstəlikləri olan şəxslər daxildir. Kəskin mərhələdə olan mədə xorası kimi xəstəliklər zamanı zəncəfil qanaxma riskini artıra bilər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
197 179 128 186 174 185

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.