Trampın tələb etdiyi atəşkəs dayandı: Ukraynanın enerji sektoruna ağır hücum
Rusiya ilə Ukrayna arasında ABŞ Prezidenti Donald Trampın tələbi ilə tətbiq edilən bir həftəlik enerji atəşkəsi dünən dayandırılıb. Sun.Az xarici mediaya istinadən xəbər verir ki, atəşkəsin başa çatmasından dərhal sonra Rusiya Silahlı Qüvvələri Ukraynanın enerji infrastrukturuna yenidən genişmiqyaslı zərbələr endirib. Mash bu hücumu ilin əvvəlindən bəri enerji obyektlərinə qarşı həyata keçirilən ən kütləvi hücum kimi qiymətləndirib.
Məlumata görə, hücum zamanı 100-dən çox "Geran" pilotsuz uçuş aparatı, eləcə də "Tsirkon", "İskander-M", "X-22" və "Tornado-S" tipli çoxsaylı raketlərdən istifadə olunub. Bundan başqa, X-22 qanadlı raketlərini daşıyan Tu-22M strateji bombardmançı təyyarələri də havaya qaldırılıb.






