Rusiyada zəlzələ baş verib
Rusiyanın Kamçatka yarımadasında zəlzələ baş verib. Sun.Az CNN-ə istinadən xəbər verir ki, Seysmoloji xidmətlərin məlumatına görə, yeraltı təkanların gücü 5 maqnitudaya çatıb. Zəlzələ region sakinləri tərəfindən 3 maqnituda səviyyəsində hiss olunub.
Bildirilib ki, seysmik hadisənin episentri Klyuçi qəsəbəsindən 35 kilometr məsafədə, yerin 36 kilometr dərinliyində yerləşib. Hadisə ilə bağlı məlumatı Rusiya Fövqəladə Hallar Nazirliyinin regional Baş İdarəsi yayıb.
İlkin məlumatlara əsasən, zəlzələ nəticəsində xəsarət alan və ya dağıntılar yoxdur. Həmçinin sunami təhlükəsi elan edilməyib.
Müəllif: İlkin Məmmədkərimov






