AzizA

AzizA Sağlamlıq 5-03-2026, 12:30

Quşların səsi, təbiətdə gəzinti stressi necə azaldır?

Quşların səsi, təbiətdə gəzinti stressi necə azaldır?

Alimlər müəyyən ediblər ki, təbiətdə cəmi 30 dəqiqəlik gəzinti stress səviyyəsini nəzərəçarpacaq dərəcədə azalda bilər. Xüsusilə quş səslərinə diqqətlə qulaq asmaq bu müsbət təsiri daha da gücləndirir.

Almaniyanın Tübingen Universitetinin tədqiqatçıları tərəfindən aparılan araşdırmada 233 nəfər iştirak edib. İştirakçılar yarım saat ərzində botanika bağında gəziblər. Bu müddətdə onların qan təzyiqi, nəbzi və stress hormonu olan kortizol səviyyəsi ölçülüb, həmçinin psixoloji vəziyyətləri sorğular vasitəsilə qiymətləndirilib.

Nəticələr göstərib ki, sadə bir gəzinti belə ürək döyüntüsünü və qan təzyiqini aşağı salır. Kortizol səviyyəsi isə orta hesabla 33 faiz azalır. Bu göstəricilər təbiətdə vaxt keçirməyin həm fiziki, həm də psixoloji sağlamlığa müsbət təsir etdiyini sübut edir.

Araşdırmada diqqətçəkən məqamlardan biri də quş nəğmələrinə xüsusi diqqət yetirən iştirakçıların daha yüksək emosional rahatlıq və məmnunluq hissi keçirməsi olub. Alimlər bildiriblər ki, təbiətdə sadəcə olmaq kifayət deyil, səsləri şüurlu şəkildə dinləmək təsiri artırır.

Tədqiqatçılar nadir quş növlərinin səslərini süni şəkildə səsgücləndiricilər vasitəsilə əlavə etməyə də cəhd ediblər. Lakin bu, əlavə müsbət effekt yaratmayıb. Mütəxəssislər bunu insanların qeyri-təbii səsləri hiss etməsi və ya təsirin müəyyən həddən artıq artmaması ilə izah edirlər.

Alimlərin qənaətinə görə, gündəlik həyatda stressi azaltmaq üçün xüsusi məkanlara səyahət etməyə ehtiyac yoxdur. Cəmi yarım saat açıq havada gəzmək və ətrafdakı təbii səslərə diqqət yetirmək kifayətdir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
177 145 149 167 133 160

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.