cabir

cabir Xəbərlər 6-04-2026, 13:40

Ermənistandan mesaj: Qaz qərarı siyasi addımlara səbəb ola bilər

Ermənistandan mesaj: Qaz qərarı siyasi addımlara səbəb ola bilər

Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) və Avrasiya İqtisadi Birliyindən (AİB) çıxması gözlənilməz ssenari hesab olunur.       Sun.Az              xəbər verir ki, bu barədə TASS agentliyi Ermənistan Milli Məclisinin sədri Alen Simonyanın açıqlamasına istinadən məlumat yayıb.                

Simonyan bildirib ki, Ermənistan üçün qaz qiymətlərinin artırılması ilə bağlı qərar qəbul edilərsə, ölkə öz mövqeyini yenidən nəzərdən keçirə bilər: "Belə bir qərar verilərsə, Ermənistan öz qərarını verəcək və nəticədə həm KTMT-dən, həm də AİB-dən, eləcə də digər strukturlardan çıxa bilər. Amma düşünmürəm ki, bu baş verəcək".

O, qaz tariflərinin mümkün artırılması ilə bağlı müzakirələrin uzun illərdir gündəmdə olduğunu qeyd edib.

Milli Məclisin sədri, həmçinin Baş nazir Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında keçirilən görüşü "çox məhsuldar və effektiv" adlandırıb.

                  

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
131 144 159 135 127 133

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.