ice berg

ice berg Maraqlı 14-04-2026, 17:00

Yer üzündə ən səssiz YER

Yer üzündə ən səssiz YER

Səs-küylü qonşuları və ya avtomobil yollarını unudun: əsl sınaq səslərin tamamilə yox olduğu yerdə başlayır.

loading.az xarici mediaya istinadən xəbər verir ki, Orfield Laboratories laboratoriyasında yerləşən anekoik kamera -24,9 desibel səviyyəsi ilə rəsmi olaraq Yer üzündə ən səssiz məkan sayılır.

Müqayisə üçün:


- adi söhbət — təxminən 30 dB

- pıçıltı — 20 dB

- burada isə sükut o qədər dərindir ki, insan öz damarlarında qan axınını belə eşidir.

Kameranın yaradıcısı Steven Orfield xəbərdarlıq edir: yarım saatdan sonra insanların çoxunda başgicəllənmə başlayır, ayaqlar isə zəifləyir. İnsan məkan hissini itirir, çünki beyin adət etdiyi səs siqnallarından məhrum olur.

Kamera necə qurulub və səs niyə yox olur?

Otağın divarları kəsilmiş portağala bənzəyir. Onlar şüşə lifdən hazırlanmış uzun uclu panellərlə örtülüb və səs enerjisinin 99,99%-ni udur. Döşəmə tor şəklindədir ki, addım səsləri belə vibrasiya yaratmasın. Oturursunuz səs eşidilmir, əllərinizi çırpırsınız səs demək olar ki, yaranmadan yox olur.

Rekord və insanın reaksiyası

Bu otaqda qalma rekordu Microsoft mühəndisi Hundraj Gopalə məxsusdur: o, 45 dəqiqə dözə bilib.

Bundan sonra halüsinasiyalar başlayıb, istiqamət hissini itirib, güclə otaqdan çıxıb.

İndiyə qədər heç kim bu rekordu qıra bilməyib.

Laboratoriyada ildə bir neçə dəfə ekskursiyalar keçirilir və istənilən şəxs bu təcrübəni yaşaya bilər.

Qiymət saatı 300–400 dollardır. Yanınızda mütləq instruktor olur. Panika halında sizi dərhal çıxarırlar.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
145 153 149 144 143 156

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.