ABŞ İranla nüvə materiallarının çıxarılmasını müzakirə edir
ABŞ İranla aparılan danışıqlar çərçivəsində bu ölkədən nüvə materiallarının çıxarılması məsələsini müzakirə edir. Sun.Az
xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Trump Fox News-a müsahibəsində danışıb.
O bildirib ki, ABŞ İranın nüvə proqramı ilə bağlı bütün riskləri aradan qaldırmaq niyyətindədir:
"Nüvə tozu adlandırdığım məsələni aradan qaldırmalıyıq. Biz bunu edəcəyik və bu, İranla danışıqların bir hissəsidir. İstəmirik ki, onların əlində bu tip materiallar qalsın."
Prezident izah edib ki, "nüvə tozu" dedikdə nüvə yanacağı və digər radioaktiv materialların qalıqları nəzərdə tutulur. Onun sözlərinə görə, bu materialların böyük hissəsi ötən ilin iyununda İranın nüvə obyektlərinə endirilən zərbələr zamanı məhv edilib.






