Rusiyalı ekspertdən iddia: Aİ postsovet ölkələrində nəzarəti artırır
Rumıniya, Moldova və Ermənistan üçün Avropa İttifaqının daxili siyasi iradəni xarici nəzarətlə əvəz etməyə yönəlmiş bir sxem qurduğu iddia olunur. Sun.Az
xəbər verir ki, bu fikri Siyasi Təhlil Mərkəzinin direktoru, Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin dosenti Pavel Danilin səsləndirib.
O, bu açıqlamanı Rossiya Seqodnya media qrupunda keçirilən "Dəstək, yoxsa müdaxilə: Rumıniya, Moldova və Ermənistanda seçki təcrübəsi bizə nə deyir?" mövzusunda EISI tərəfindən təşkil olunan dəyirmi masa zamanı verib.
Danilin bildirib ki, "Avropa postsovet ölkələrinə ‘hibrid təhdidlər’ə qarşı mübarizədə kömək etdiyini iddia edir. Lakin bu təhdidlər fonunda Rusiya ilə münasibətlərin pozulmasının məqsədəuyğun olmadığını düşünən siyasətçilərin mövqeyi də başa düşüləndir".
O, həmçinin qeyd edib ki, hazırda Ermənistan üçün Moldovadakına bənzər ssenarinin hazırlandığı iddia olunur.






