ODiNoKiY_VoLK

ODiNoKiY_VoLK Şeirlər 5-05-2026, 22:28

İlahi, sən məni niyə yaratdın?

İlahi, sən məni niyə yaratdın?
İlahi, sən məni niyə yaratdın?

Mənimlə dərdimi bölən olmadı, 
Hamı çıxıb getdi, gələn olmadı. 
Bir nəfər qədrimi bilən olmadı,
İlahi, sən məni niyə yaratdın?
https://imgs.su/tmp/2013-10-26/1382732970-226.jpg
Ümidim hər şeydən üzülüb gedir, 
Gözümün yaşları süzülüb gedir, 
Ömrümün yaşları düzülüb gedir,
İlahi, sən məni niyə yaratdın?
https://imgs.su/tmp/2013-10-26/1382732970-226.jpg

Uşaqlıq illərim suç oldu getdi,
Gəncliyi görmədim, heç oldu getdi,
Bu cavan yaşlarım puç oldu getdi,
İlahi, sən məni niyə yaratdın?
https://imgs.su/tmp/2013-10-26/1382732970-226.jpg
Dərdim bir ömürdür, şəfa görmürəm, 
Günlər boşa gedir məna görmürəm, 
Heç kimdə bir zərrə vəfa görmürəm, 
İlahi, sən məni niyə yaratdın?
https://imgs.su/tmp/2013-10-26/1382732970-226.jpg
Çəkdiyim dərdlərə dözmür bu ürək, 
Qəsdimə dayanır hər yandan fələk. 
Dünyaya gəlmədən öləydim gərək, 
İlahi, sən məni niyə yaratdın?


Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
116 141 108 146 153 138

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.