Səudiyyə Ərəbistanı üzərində həyəcan: ABŞ təyyarəsi "7700" kodu göndərdi
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus tanker təyyarə Səudiyyə Ərəbistanı üzərində uçuş zamanı qəza siqnalı göndərib. Sun.Az
xəbər verir ki, bu barədə Tasnim xəbər agentliyi məlumat yayıb.
Bildirilib ki, Fars körfəzi üzərində missiya yerinə yetirən ABŞ Hərbi Hava Qüvvələrinə məxsus KC-46A tipli tanker təyyarə Təl-Əviv istiqamətində qayıdarkən "7700" qəza siqnalı kodunu ötürüb.






