ODiNoKiY_VoLK

ODiNoKiY_VoLK Xəbərlər 14-05-2026, 14:56

Azərbaycanda bu cinayətlər kəskin artıb

Azərbaycanda bu cinayətlər kəskin artıb

Azərbaycanda bu cinayətlər kəskin artıb

2025-ci ildə Azərbaycanda şəxsiyyət əleyhinə qeydə alınan cinayətlərin sayı artıb.

Duz.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, ötən il bu kateqoriya üzrə 5590 cinayət qeydə alınıb. Bu, 2024-cü illə müqayisədə 4,7 faiz çoxdur.

Həyat və sağlamlıq əleyhinə olan cinayətlərin sayı 4736-dan 4806-ya yüksəlib. Bu kateqoriyada ən çox qeydə alınan hallar qəsdən sağlamlığa yüngül zərər vurma olub. Belə cinayətlərin sayı 3539-dan 3654-ə çatıb.

Qəsdən adam öldürmə və adam öldürməyə cəhd faktları da artıb. 2024-cü ildə bu göstərici 218 olduğu halda, 2025-ci ildə 220 qeydə alınıb. Bununla yanaşı, qəsdən adam öldürmə faktlarının sayı 161-dən 147-yə düşüb.

Statistikada ən ciddi artımlardan biri şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə olan cinayətlərdə qeydə alınıb. Belə cinayətlərin sayı bir il ərzində 209-dan 366-ya yüksəlib. Bu isə 75,1 faiz artım deməkdir.

Zorlama və zorlamağa cəhd halları 14-dən 20-yə yüksəlib. Digər kateqoriyalar üzrə cinsi xarakterli cinayətlər isə 195-dən 346-ya çatıb.

Şəxsiyyətin azadlığı və ləyaqəti əleyhinə olan cinayətlərin sayı da artaraq 237-dən 245-ə yüksəlib. Adam oğurluğu faktları 15-dən 26-ya, evlənmək məqsədilə qadın oğurluğu isə 8-dən 15-ə yüksəlib.

Bununla yanaşı, insan alveri faktlarında azalma qeydə alınıb. 2024-cü ildə 161 belə cinayət qeydə alınsa da, ötən il bu rəqəm 152 olub.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
106 82 95 95 93 75

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.