Rusiyadan Ermənistana növbəti ittiham
Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bildirib ki, Ermənistan rəhbərliyi son dövrlərdə Rusiyaya qarşı bir sıra qeyri-dost addımlar atıb. Sun.Az
xəbər verir ki, bu barədə RİA Novosti agentliyi məlumat yayıb.
"Ölkə rəhbərliyinin son zamanlar Rusiya Federasiyası ilə müttəfiqlik münasibətlərinin ruhuna uyğun gəlməyən bir sıra addımlar atdığı sirr deyil", - deyə Şoyqu bildirib.
Təhlükəsizlik Şurasının katibi vurğulayıb ki, Ermənistan qanunvericilik səviyyəsində Avropa İttifaqına qoşulma yolunu təsdiqləyib.
Bundan əlavə, o qeyd edib ki, respublika beynəlxalq platformalarda mütəmadi olaraq Avropa İttifaqının mövqeyini dəstəkləyir.






