cabir

cabir Xəbərlər 25-05-2026, 11:00

Bu rayonlara güclü yağış yağır - Faktiki hava

Bu rayonlara güclü yağış yağır - Faktiki hava

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən         Sun.Az                     

-a verilən məlumata görə, ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə yağıntılar intensiv və güclüdür.                 

Düşən yağıntının miqdarı Zərdabda 71, Şəkidə (Kişçay) 69, Oğuzda 40, Qaxda (Sarıbaş) 30, İsmayıllı, Zaqatalada 29, Balakəndə 24, Göyçay, Göygöldə 18, Şahbuzda 16, Goranboy, Naxçıvanda 14, Yevlax, Mingəçevir, Naftalanda 13, Sədərək, Gəncədə 12, Ağdam, Tərtərdə 11, Kürdəmir, Xaltanda 10, Qobustan, Qəbələdə 9, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Şamaxıda 8, Şərurda 7, Biləsuvar, Bərdə, Beyləqan, Xızı, Qrız, Şahdağ, Culfada 6, Cəlilabad, Sabirabad, Şəmkir, Gədəbəydə 5, Lerik, Lənkəran, Tovuz, Daşkəsəndə 4, Yardımlı, Ağstafa, Xınalıqda 3, Quba, İmişli, Xaçmaz, Astara, Ordubadda 2, Qusar, Şabran, Neftçala, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzulidə 1 mm-dir.

Mayın 24-ü saat 18:00-18:05 radələrində Şəki rayonunun Baş Zəyzid kəndinə diametri 15-20 mm, rayonun Baş Göynük kəndinə isə diametri 10-15 mm, saat 19:48-19:53 radələrində Yardımlıya diametri 21-25 mm olan dolu düşüb.

Bəzi yerlərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Şahdağda 20, Daşkəsəndə 18 m/s-yə çatır.

  

                 

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
90 58 118 73 74 102

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.