Ermənistanda müxalifət lideri barəsində həbs qərarı
Yerevan məhkəməsi Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən xəyanətdə ittiham olunan parlament namizədi, Ana Ermənistan Partiyasının lideri Andranik Tevanyan barəsində həbs qərarı çıxarıb. Sun.Az
xəbər verir ki, bu barədə RİA Novosti agentliyi məlumat yayıb.
Müxalif siyasətçi iki ay müddətinə həbs edilib. Partiyanın yaydığı bəyanatda məhkəmə qərarından apellyasiya şikayəti veriləcəyi bildirilib.
Tevanyana qarşı dövlətə xəyanət və casusluq ittihamları ilə cinayət işi açılıb. O isə ittihamları "gülünc və absurd" adlandıraraq sərt tənqid edib.






