ODiNoKiY_VoLK

ODiNoKiY_VoLK Xəbərlər 31-05-2026, 10:57

ABŞ-nin insanabənzər robotları Ukraynada

ABŞ-nin insanabənzər robotları Ukraynada

ABŞ-nin insanabənzər robotları Ukraynada

ABŞ-nin "Foundation Future Industries" şirkəti Ukraynada döyüş zonasına yaxın ərazilərdə insanabənzər robotların sınaqlarını keçirib.

Loading.az "CNBC"ə istinadən xəbər verir ki, şirkət pilot nümayiş məqsədilə iki ədəd "Phantom MK-1" robotunu Ukraynaya göndərib.

Bu, insanabənzər robotların ilk dəfə döyüş şəraitində sınaqdan keçirilməsi kimi qiymətləndirilir.

Şirkətin baş direktoru Şanket Patekin sözlərinə görə, robotların əsas vəzifəsi ön xəttə sursat çatdırmaq olub.

Məlumata əsasən, "Phantom MK-1" modelinin bir sıra məhdudiyyətləri var. Robotun yükdaşıma qabiliyyəti 20 kiloqramdan çox deyil, korpusu isə sudan qorunmur. Bundan əlavə, batareyanın qısa müddət işləməsi onun geniş istifadəsinə mane olan əsas amillərdən biri hesab edilir.

Şirkət yaxın vaxtlarda daha təkmilləşdirilmiş "Phantom 2" modelini Ukraynaya göndərməyi planlaşdırır. Bildirilir ki, yeni modelin yükdaşıma qabiliyyəti əvvəlki versiyadan iki dəfə çox olacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
66 82 60 88 77 83

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.