Ermənistan AİB-dən çıxır? - Paşinyandan açıqlama
Ermənistanın Avrasiya İqtisadi Birliyindən (AİB) çıxaraq Avropa İttifaqına (Aİ) üzv olması ilə bağlı referendum keçirmək planı yoxdur. Sun.Az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan "Facebook" hesabında paylaşdığı videomüraciətdə bildirib.
Paşinyanın sözlərinə görə, Ermənistan rəsmi şəkildə Aİ-yə üzvlük üçün müraciət etməyincə və ya namizəd statusu əldə etməyə yaxınlaşmayınca belə bir referendumun keçirilməsi məntiqli deyil.
"Ermənistan rəsmi olaraq Aİ-yə üzvlük üçün müraciət etməyincə və ya üzvlük üçün namizəd statusu almağa yaxın olana qədər referendum keçirmək məntiqsizdir", - deyə baş nazir vurğulayıb.
O qeyd edib ki, hazırkı mərhələdə müxtəlif birliklər arasında seçim etmək məqsədəuyğun deyil. Paşinyanın fikrincə, Ermənistan cəmiyyətinin AİB üzvlüyündən imtina müqabilində əldə edə biləcəyi konkret alternativlər hələ formalaşmayıb.






