Ermənistanda siyasi vəziyyət yenidən gərginləşə bilər
Ermənistanda genişmiqyaslı etiraz aksiyalarının baş verməsi təhlükəsindən danışmaq artıq gecdir. Çünki ölkə artıq buna bənzər bir prosesdən keçib. Sun.Az
xəbər verir ki, bunu erməni politoloq İvan Mezyuxo Lenta.ru-ya müsahibəsində deyib.
Politoloq bildirib ki, Nikol Paşinyan məhz icazəsiz etiraz aksiyalarının nəticəsində Ermənistanın baş naziri olub.
"Ermənistanda Maydan təhlükəsindən danışmaq üçün artıq gecdir. Çünki ölkədə tam şəkildə olmasa da, buna bənzər hadisələr yaşanıb. Nikol Paşinyan icazəsiz etirazlar nəticəsində hakimiyyətə gəlib. Bu gün çoxları onun hökuməti dəyişmək üçün geniş ictimai dəstəyə və qeyri-zorakı etiraz metodlarına arxalanaraq siyasi mübarizə apardığını unudub. Buna görə də Ermənistanda əsas 'Maydan' fiquru elə hazırkı baş nazir Nikol Paşinyandır", - deyə Mezyuxo vurğulayıb.






