ice berg

ice berg Sevgi 18-06-2026, 00:40

Sən başımdan gedən ağlım, sevə-sevə çəkdiyim ahımsan

Sən başımdan gedən ağlım, sevə-sevə çəkdiyim ahımsan
Sən mənim ən doğru səhvim, ən məntiqsiz gerçəyimsən.
Bilirəm səhvdir, bilirəm olmaz. Amma sənsiz hər “doğru” mənə zindan gəlir.
Sən tövbəsi olmayan günahımsan.
Etiraf edirəm, hər dua sonrası adın gəlir dilimə. Tövbə edirəm səndən, amma yenə sənə qayıdıram. Çünki bəzi günahlar bağışlanmaq üçün deyil, ömür boyu daşınmaq üçündür.
Uzaq olmadığım yasaqlımsan.
Əlimin altındasan, nəfəsimdə, baxışımda. Amma toxunmaq haram, sevmək günah. Nə qədər yaxın dursam da, aramızda görünməyən divarlar var. Uzaq deyilsən ki, darıxım. Yasaq deyilsən ki, unudum.
Sən ən açıq etdiyim gizlimsən.
Hər kəs bilir adını çəkmirəm, amma hər sözüm səndir. Güləndə sən varsan, susanda sən. Gizlədirəm səni hamıdan, amma özümdən gizlədə bilmirəm. Çünki sən mənim ən yüksək səslə susduğum sirsən
Sən başımdan gedən ağlım, sevə-sevə çəkdiyim ahımsan...
Sən gələndən ağlım səndə qalıb. Ağılsız yaşamağı, dəli kimi sevməyi öyrətdin mənə. Və mən buna ah çəkmirəm. Yanır, amma sevə-sevə yanıram. Çünki bilsəm də yara olduğunu, sən mənim ən şirin yaramsan.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
105 122 83 149 101 102

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.