ice berg

ice berg Sevgi 20-06-2026, 23:00

Ən böyük sevgi, bəlkə də, sahiblənməməkdir

Ən böyük sevgi, bəlkə də, sahiblənməməkdir

Bəzən insan “Səni sevirəm” deyə bilməz.  

Çünki dilində o söz, boğazında düyün olur. Qorxursan ki, desən, qarşındakının həyatı dəyişəcək. Qorxursan ki, desən, sən itirəcəksən. Bəzən sevgi susmaqdır. 

 

Sadəcə “Sən də xoşbəxt ol” deməklə kifayətlənər.  

Bu 3 sözün içində min dənə “Səni sevirəm” gizlidir. “Mən olmasam da, sən gül” deməkdir. “Mənim əzabım bahasına sən rahat ol” deməkdir. “Əgər xoşbəxtliyinin yolu məndən keçmirsə, mən yol verim” deməkdir.

 

Ən böyük sevgi, bəlkə də, sahiblənməməkdir.  

Əlini tuta bilməyəndə, onun yolunu açmaqdır. “Mənim ol” demək əvəzinə, “Kiminsə olsun, amma xoşbəxt olsun” deməkdir. Çünki sevirsənsə, onun kədəri səndən keçir, sevinci sənə çatmasa da.

 

Bəzən ən ucadan qışqırılan sevgi, ən sakitcə pıçıldanan “xoşbəxt ol” olur.  

Çünki sevirsənsə, onu sənə yox, xoşbəxtliyə qurban verirsən.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
94 94 124 114 123 93

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.