Kiyevdəki hücumun hədəfi məlum oldu
Rusiya Silahlı Qüvvələrinin Kiyevə endirdiyi zərbənin hədəfinin "Neptun", FP-7 və FP-9 raketləri üçün elektronika istehsal edən "Radioizmeritel" zavodu olduğu bildirilir. Sun.Az
xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi özünün "Telegram" kanalında məlumat yayıb.
Məlumata görə, sözügedən müəssisə bu raketlər üçün elektron komponentlərin əsas təchizatçısıdır. Nazirlik həmçinin qeyd edib ki, zavod təyyarə sənayesi üçün naviqasiya və eniş avadanlıqları, eləcə də mikrodalğalı komponentlər istehsal edir.






