Kukulka

Kukulka Mətbəx 18-11-2017, 23:59

Naringi mürəbbəsinin HAZIRLANMA QAYDASI

Naringi mürəbbəsinin HAZIRLANMA QAYDASI
Naringi mürəbbəsinin HAZIRLANMA QAYDASI




Naringi mürəbbəsinin HAZIRLANMA QAYDASI

Adətən gilasın, moruğun, əriyin və bu kimi adət etdiyimiz meyvələrin mürəbbəsini hazırlayırıq. Amma artıq mətbəxlərdə daha fərqli meyvələrdən də ləzzətli mürəbbələr hazırlanır. Bizde sizə naringi mürəbbəsinin hazırlanma qaydasını təqdim edirik.

Lazım olanlar:

1 limon suyu və bir az limon duzu
4 ədəd nazik qabıqlı naringi
1 stəkan portağal suyu
2 stəkan yarım şəkər tozu
2 stəkan su

Hazırlanması:

Dərin bir ləyənə su, şəkər tozu və portağal suyunu töküb qaynadın. Daha sonra naringiləri yuyaraq dilimləyin. Varsa çəyirdəklərini çıxarın. Qaynayan suyun içərisinə naringi dilimlərini də əlavə edin. Qaynamağa başladıqda limon suyu və limon duzunu da əlavə edib, təxminən 10 dəqiqə daha qaynadıb, altını söndürün. Naringi mürəbbəniz hazırdır.

Nuş olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
636 589 597 618 598 513

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.