Ulyaa

Ulyaa Sağlamlıq 3-08-2026, 14:00

Ürək xəstəliyi olan insanlarda infarktın ilk əlamətləri açıqlandı

Ürək xəstəliyi olan insanlarda infarktın ilk əlamətləri açıqlandı
İşemik ürək xəstəliyindən əziyyət çəkən insanlarda başlayan miokard infarktının ilk əlamətləri açıqlanıb.
Loading.az xəbər verir ki, rusiyalı funksional diaqnostika həkimi və kardioloq Natalya Solovyova bu barədə danışıb.
N.Solovyovanın sözlərinə görə, infarktın əlamətlərindən biri ağrının xarakterinin dəyişməsidir.
"Əgər sinə nahiyəsində ağrı güclənirsə, sıxıcı, təzyiqedici və ya yandırıcı xarakter daşıyırsa, həmçinin bu, əvvəllər müşahidə olunmayan yeni simptomdursa, mümkün qədər tez təcili yardım çağırmaq lazımdır", - deyə həkim xəbərdarlıq edib.
Kardioloqun sözlərinə görə, qəfil yaranan təngnəfəslik də başlayan infarktın xəbərçisi ola bilər. O əlavə edib ki, ürək nahiyəsində ağrı ilə müşayiət olunan vegetativ reaksiyalar - soyuq tər, səbəbsiz qorxu hissi, ürəkbulanma, bəzi hallarda isə qusma da narahatedici əlamətlər hesab olunur.
Həkim infarktın digər simptomları sırasında arterial təzyiq dəyişmədən yaranan halsızlığı, başgicəllənməni, həmçinin qəfil ürəkdöyünməni də qeyd edib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
42 68 70 82 55 67

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.