ABŞ-Ukrayna kəşfiyyat əməkdaşlığında yeni mərhələ
ABŞ və Ukrayna arasında kəşfiyyat məlumatlarının mübadiləsi sürətlənib və əvvəlki yüksək səviyyəsinə qayıdıb. Loading.Az
xəbər verir ki, bu barədə Politico nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, uzun illər Ukrayna məsələləri ilə məşğul olan ekspertlər ABŞ və Ukrayna arasında kəşfiyyat sahəsində əməkdaşlığın əvvəlki yüksək səviyyəsinə qayıtdığını bildirirlər.
ABŞ senatoru Mark Uorner də Politicoya açıqlamasında Vaşinqton və Kiyev arasında kəşfiyyat əməkdaşlığının yaxşılaşdığını müşahidə etdiyini deyib.
"Təfərrüatlara varmaq istəmirəm, amma vəziyyət yaxşılaşıb", - deyə senator vurğulayıb.






