ODiNoKiY_VoLK

ODiNoKiY_VoLK Azərbaycan 9-08-2026, 12:43

Azərbaycanda ən çox pul xərcləyən ailələr AÇIQLANDI

Azərbaycanda ən çox pul xərcləyən ailələr AÇIQLANDI

Azərbaycanda ən çox pul xərcləyən ailələr AÇIQLANDI

Azərbaycanda ev təsərrüfatı başçısının statusundan asılı olaraq adambaşına düşən aylıq istehlak xərcləri fərqlənir.

Take.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, ev təsərrüfatı başçısı muzdla işləyən ailələrdə adambaşına aylıq istehlak xərcləri 399,9 manat təşkil edir. Bu, digər kateqoriyalarla müqayisədə ən yüksək göstəricidir.

Özünüməşğul şəxslərin rəhbərlik etdiyi ev təsərrüfatlarında adambaşına istehlak xərcləri 374,8 manat, pensiyaçı, müavinət və təqaüd alanların rəhbərlik etdiyi ailələrdə 379 manat, digər kateqoriyaya daxil olanlarda isə 379,1 manatdır.

Bütün qruplarda xərclərin ən böyük hissəsi ərzaq məhsullarının payına düşür. Muzdla işləyənlərin ailələrində adambaşına ərzağa ayda 169 manat, özünüməşğul şəxslərin ailələrində 160,5 manat, pensiyaçı, müavinət və təqaüd alanların ailələrində 164,4 manat xərclənir. “Digər” kateqoriyasında isə bu göstərici 180,7 manatla ən yüksək həddə çatır.

Muzdla işləyənlərin rəhbərlik etdiyi ev təsərrüfatlarında adambaşına ayda su, elektrik enerjisi, qaz və digər yanacaq növlərinə 30 manat, səhiyyəyə 20,7 manat, nəqliyyata 27,5 manat, təhsilə 7,2 manat, istirahət və mədəniyyət xidmətlərinə 17,3 manat sərf edilir.

Pensiyaçı, müavinət və təqaüd alanların rəhbərlik etdiyi ev təsərrüfatlarında səhiyyə xərcləri adambaşına 21,2 manat təşkil edir. Bu, cədvəldə göstərilən qruplar arasında səhiyyə üzrə ən yüksək göstəricidir.

Məlumatlara görə, mehmanxana, kafe və restoran xidmətlərinə ən çox vəsaiti də muzdla işləyənlərin rəhbərlik etdiyi ev təsərrüfatları xərcləyir - adambaşına ayda 30 manat. Özünüməşğul şəxslərdə bu göstərici 27 manat, pensiyaçı, müavinət və təqaüd alanlarda 27,2 manat, digər kateqoriyada isə 26,5 manatdır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
52 81 44 64 57 58

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.