ice berg

ice berg Məsləhətlər 10-08-2026, 16:00

Təyyarə biletini atmağa tələsməyin - Sonra görün nəyə yaraya bilər

Təyyarə biletini atmağa tələsməyin - Sonra görün nəyə yaraya bilər

Rəqəmsal texnologiyaların geniş yayılması ilə səyahət zamanı kağız sənədlərdən istifadə getdikcə azalır. Məsələn, ötən il aşağıbüdcəli aviaşirkət Ryanair kağız biletlərdən tamamilə imtina edib. Bununla belə, təcrübəli səyahətçilər xəbərdarlıq edirlər ki, uçuşdan sonra minik talonunu və ya onun telefonda saxlanılan nüsxəsini dərhal silmək və ya atmaq düzgün deyil.

 

Loading.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, minik talonunu bir müddət saxlamaq gələcəkdə həm vaxta, həm pula, həm də əsəblərə qənaət edə bilər. Onlar bildirirlər ki, bəzən aviaşirkətlərin sistemlərində texniki nasazlıqlar baş verir. Xüsusilə bonus mil proqramlarından istifadə edən sərnişinlərin uçuş məlumatları sistemdən silinə bilər. Belə hallarda minik talonu uçuşun sübutu kimi təqdim edilərək itirilmiş millərin bərpasına kömək edir.

 

Bundan əlavə, uçuş gecikdikdə, ləğv edildikdə və ya baqaj itdikdə sığorta şirkətindən kompensasiya tələb edən sərnişin üçün minik talonu mühüm sübut hesab olunur.


Mütəxəssislər minik talonunun utilizasiyası zamanı da ehtiyatlı olmağı tövsiyə edirlər. Çünki onun üzərindəki ştrix-kodda elektron poçt ünvanı, telefon nömrəsi və digər şəxsi məlumatlar ola bilər. Buna görə də kağız bileti zibilə atmazdan əvvəl onu xırdalamaq məsləhət görülür.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
53 62 66 93 62 51

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.