cabir

cabir Xəbərlər 14-08-2026, 10:30

Ermənistan Aİ-yə üzvlüklə bağlı referendum keçirəcək

Ermənistan Aİ-yə üzvlüklə bağlı referendum keçirəcək

Ermənistanın Avropa İttifaqına üzvlük üçün rəsmi müraciət etdikdən sonra referendum keçirəcəyi bildirilir.                   Loading.Az            

xəbər verir ki, bu barədə TASS məlumat yayıb.                

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, ölkədə gələcəkdə mütləq referendum keçiriləcək. Onun sözlərinə görə, referendum institusional hazırlıq işləri başa çatdıqdan və Avropa İttifaqına üzvlük üçün rəsmi müraciət edildikdən sonra keçiriləcək.

"Gələcəkdə mütləq referendum keçirəcəyik, amma bu, birincisi, institusional hazırlıq işləri başa çatdıqdan sonra, ikincisi, rəsmi olaraq Aİ-yə üzvlük üçün müraciət etdikdən sonra baş verəcək", - deyə Paşinyan bildirib.

O əlavə edib ki, Ermənistan vətəndaşları Avropa İttifaqı və ya Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə əlaqəli olmayan üçüncü yolu da seçə bilərlər.

                 

   

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
38 42 33 24 27 44

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.