ODiNoKiY_VoLK

ODiNoKiY_VoLK Xəbərlər 24-09-2026, 12:40

Parlament Prezidentin geri qaytardığı qanunlara yenidən baxacaq

Parlament Prezidentin geri qaytardığı qanunlara yenidən baxacaq

İyulun 14-də Milli Məclisin qəbul etdiyi vergi, miqrasiya və digər sahələrlə bağlı qanun yenidən parlamentin müzakirəsinə çıxarılır.

Cin.az xəbər verir ki, məsələ İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçiriləcək iclasında müzakirə ediləcək.

Qeyd edək ki, Prezident tərəfindən imzalanmadan dəyişikliklərlə geri qaytarılan qanun Vergi və Miqrasiya məcəllələrini, həmçinin “Sosial sığorta haqqında”, “Gömrük tarifi haqqında”, “Lisenziyalar və icazələr haqqında” və “Dövlət satınalmaları haqqında” qanunları əhatə edir.

İyulda qəbul edilmiş layihədə rəqəmsal texnologiyalar, süni intellekt, kibertəhlükəsizlik və innovasiya sahələrində çalışan müəyyən şəxslər üçün vergi güzəştləri də nəzərdə tutulurdu.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
40 22 38 27 19 27

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.