ODiNoKiY_VoLK

ODiNoKiY_VoLK İdman Dünən, 17:45

İngiltərə Xorvatiya millisini darmadağın edib

İngiltərə Xorvatiya millisini darmadağın edib

İngiltərə millisi UEFA Millətlər Liqasının qrup mərhələsinin üçüncü turunda səfərdə Xorvatiya yığmasını 7:0 hesabı ilə məğlub edib.

Sun.az xəbər verir ki, Riyekada keçirilən qarşılaşmada Harri Keyn 8-ci və 53-cü, Cud Bellinqem 21-ci, Entoni Qordon 39-cu, Bukayo Saka 45-ci və 68-ci, Morqan Rocers isə 87-ci dəqiqədə fərqlənib.

İngiltərə Xorvatiya millisinin səfər oyununda qapısına beş və daha çox qol vuran ilk komanda olub. İngilislər buna qədər Xorvatiyanı səfərdə yalnız bir dəfə – 2008-ci ilin sentyabrında 2010-cu il dünya çempionatının seçmə mərhələsində məğlub etmişdilər. Həmin qarşılaşma 4:1 hesabı ilə başa çatmışdı.

Bu, Xorvatiya millisinin tarixində ən böyükhesablı məğlubiyyət olub. Komanda bundan əvvəl 2018-ci ilin sentyabrında Millətlər Liqasının qrup mərhələsində İspaniyaya səfərdə 0:6 hesabı ilə uduzmuşdu.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
10 7 1 7 6 14

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.