ÊLfidÂ

ÊLfid Mətbəx 26-11-2017, 15:29

Kirpi peçenyası

Kirpi peçenyası


Tərkibi:

`700 q peçenye
`2 banka qatılaşdırılmış süd
`150 q şəkər pudrası
`3-4 x.q. kakao
`250 q kərə yağı
`4 x.q. xaş-xaş
`100 q təmizlənmiş günəbaxan tumu
`bir neçə quru zirin

Hazırlanması:


Adi peçenye çox uşağın elə də xoşuna gəlmir. Ancaq ondan kirpi düzəltsəniz, zənnimcə, yox deməzlər.

Peçenyeni xırdalayın. Bir qaba yığın. Şəkər tozu və kakao ilə qarışdırın. Qatılaşdırılmış süd, yumşaldılmış yağ əlavə edib əlinizlə yaxşıca yoğurun.Alınan qarışıqdan kündələr tutun, bir ucunu azca dartıb uzadın, “kirpi”nin “burnu” olsun. “Kirpi”lərin “sifət” hissələrini əlinizlə tutub qalan yerlərini xaş-xaşa batırın.

“Gözlərini” və “burnunu” qurudulmuş zirincdən düzəldin (bunun əvəzinə şokoladdan da istifadə edə bilərsiniz). Sonra günəbaxan tumlarından “tikan” düzəldin. Düzdür, vaxtınız gedəcək, amma dəyər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
676 643 564 534 600 588

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.