ice berg

ice berg İdman Dünən, 22:00

Ronaldu 982-ci qolunu vurdu, "Ən-Nəsr" rekord müəyyənləşdirdi

Ronaldu 982-ci qolunu vurdu, "Ən-Nəsr" rekord müəyyənləşdirdi

Futbol üzrə Səudiyyə Ərəbistanı çempionatının XI turunda "Ən-Nəsr" səfərdə "Əl-Feysali"ni 3:1 hesabı ilə məğlub edib.

Loading.az xəbər verir ki, qarşılaşma Əl-Məcmə şəhərindəki "Əl-Məcmə Sports Siti" stadionunda keçirilib.

Ər-Riyad təmsilçisi çempionatda ardıcıl 97-ci oyunda qol vuraraq Argentina "River Pleyt"inin rekordunu yeniləyib Futbol statistikası üzrə mütəxəssis, "MisterChip" kimi tanınan Aleksis Martin-Tamayonun məlumatına görə, Argentina klubu 1936-1939-cu illərdə ardıcıl 96 oyunda qol vurub.

Qarşılaşmanın əvvəlində qonaqların hücumçusu Abdullah Əl-Həmdan hesabı açıb. 49-cu dəqiqədə Kriştianu Ronaldu "Ən-Nəsr"in üstünlüyünü artırıb. Bu, 41 yaşlı futbolçunun karyerasında 982-ci qol olub.

66-cı dəqiqədə Teo Bonqonda "Əl-Feysali"nin heyətində fərqi azaldıb. 79-cu dəqiqədə isə Qabriel Anjelo Ər-Riyad təmsilçisinin üçüncü qolunu vuraraq oyunda yekun hesabı müəyyənləşdirib.

Çempionatda 10 oyundan sonra "Ən-Nəsr" 25 xalla ikinci pillədə qərarlaşıb. "Əl-Feysali" isə 7 xalla 15-ci yerdədir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
7 14 10 20 12 10

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.