Ulyaa

Ulyaa Avto Dünya Dünən, 18:30

“Ginnesin Rekordlar Kitabı”na düşən avtomobil hərraca çıxarıldı

“Ginnesin Rekordlar Kitabı”na düşən avtomobil hərraca çıxarıldı
"Ginnesin Rekordlar Kitabı"na dünyanın ən kiçik seriyalı avtomobili kimi düşən "Peel P50" noyabrın 14-də hərraca çıxarılacaq. Avtomobilin 40-60 min funt sterlinqə satılacağı gözlənilir.
Loading.az xəbər verir ki, 1964-cü ildə Man adasında istehsal edilən üçtəkərli avtomobilin uzunluğu 137, eni isə 106 santimetrdir. Cəmi bir nəfər üçün nəzərdə tutulan model saatda 64 kilometr sürət yığa bilir.
1962-1965-ci illərdə bu avtomobildən cəmi 50 ədəd istehsal olunub. Hazırda 30-dan az nümunəsinin qaldığı bildirilir.
Hərraca çıxarılan avtomobil 1964-cü ildə Finlandiyaya gətirilib və bu ilin əvvəlinədək orada saxlanılıb. Avtomobilin orijinal vəziyyətdə olduğu bildirilir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
10 10 14 3 17 12

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.