ÊLfidÂ

ÊLfid Sevgi 3-12-2017, 13:20

De, ey Xəzər..!

De, ey Xəzər..!


Axşam sənə yazdığım məktubumu götürdüm və Xəzərə yollandım. Səsinə qurban olum dediyin qadını səsinə həsrət qoydun sən. Ey Xəzər..!
Mənim onu bir daha görməyim haqda ümidim yoxdur artıq. Səndən isdədiyim bir diləyim var. Sən onu görəcəksən yəqin. Ona deki yarından sənə son məktub son sözlər var. Yaman darıxmışdı. Yaman ağlayırdı.
Ciyərləri parchalanırdı sanki. De ki, sənsiz yaşamaq, yaşamaq deyildi dedi. De ki, ona yazdığın mesajları öpüb, qoxlayırdı. Hər gün "Bitdi sevmirəm səni artıq"deyə yazdığın mesajı belə əzizləyirdi.
Chunki onu sən əllərinlə yazmışdın. De ki, unutmadı əllərini. De ki, xəstəliyi artmışdı səndən sonra. Daha tez boğulurdu artıq. Dərmanlarınıda içmirdi vaxtlı vaxtında. De ki, sənə vaxtında verdiyi söz kimi
başqasına baxmırdı gözləri. De ki, o səni dünyası bildi. Amma sən yıxdın o dünyanı və getdin. De ki, səni hər gün gözlədi. De ki, artıq o səni Rəbbinə əmanət etdi. De ki, o, səni anası olmadığıychun anası qədər sevmişdi.
De ki, ağladı son dəfə. Və göz yaşları sularıma qarışdı. Elə yana yana ağladı ki, göz yaşları məni yandırdı. De ki, əlvida demədi. Deyə bilmədi...

"NoYaBRıN ViDaSı"

De, ey Xəzər..!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
746 728 593 675 681 640

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.