Baş verə kaş elə bir möcüzə,
Gələk yenə səninlə üz-üzə.
Baxışlarım danışar dərdimi,
Yetər ki,biz dayanaq göz-gözə...)
2015. Yağışlı bir yaz havsı. Qulağımda qulaqcıqlar. "Pranga - yağış qadın" Dinləyir və səni xəyal edirdim. Yağış torpağla qarışdıqca, ətrafa gözəl qoxu verirdi. Köhnə bir çardaq, və o çardağın navalçasından süzülən yağışın səsi. Hər şey səni xatırladır mənə.
Həyatda elə bir insanla rastlaşırsan ki, varlığı içində gizli qalan bütün gözəllikləri oyadır. Onunla birgə gülürsən, onunla birgə susursan və sanki illərlə axtardığın rahatlığı tapırsan. Həyat bir anda anlam qazanır. İnsan həyatında bir dövr olur nə qorxular var, nə tənhalıq. Hər şey yerli-yerində, hər şey onun varlığı ilə tamam olur. Elə bil qəlbin bir melodiyaya çevrilir, yalnız o eşidə bilir o səsi. Əgər belə birini tapmısansa, onu ürəyinlə qucaqlamağı unutma. Hələdə tapa bilməmisənsə kədərlənmə. Bil ki, ən gözəl başlanğıclar hələ qarşıdadır. Həyat səni hələ çox sevinclə, çox sevgi ilə qarşılayacaq. Sadəcə inan və gözlə… 💫♥️
Məncə, kitab tövsiyəsi həkimin xəstəyə resept yazması kimidir. Sən həkimə gedib: "mən xəstəyəm dərman ver".deyən kimi həkim əvvəlcə sənin xəstəliyinin növünü soruşur, ondan sonra resept yazır. Sizin xəstə olduğunuz janr hansıdır?