Şizofreniya

Şizofreniya


Bir çoxumuzu maraqlandıran bir xəstəlikdən danışaq bəlkə? Şizofreniya nədir, necə bir xəstəlikdir? Şizofren bir insanın nə kimi özəllikləri vardır? Sizə də maraqlıdırsa, onda başlayaq.
Şizofreniya sözü, yunanca diskret və ya bölünmüş mənasını verən “şizo” (schizein, Yunan: σχίζειν) və ağıl mənasını verən “frenos” (phrēn, phren- Yunan: φρήν, φρεν-) sözlərinin birləşməsindən əmələ gəlib. Şizofreniya xəstəliklərinin ən əzablılarından biridir və bu xəstəliyə tutulmuş insanlar üçün çox çətindir. Depressiya kimi digər ruhi xəstəliklərin simptomlarının əksinə bu xəstəliyin simptomları elədir ki, çoxumuz şizofreniya xəstəsi olan birinin yaşadıqlarına bənzər şeyləri heç yaşamamışıq. Bundan əlavə yalnız müşahidə yolu ilə şizofreniya xəstəsi olan birisinin daxili dünyasını asanlıqla anlaya bilmərik.
Şizofreniya ömür boyu davam edən bir xəstəlikdir, doğru müalicəylə nəzarət altına alına bilər. Məşhur inancın əksinə şizofreniya şəxsiyyətin bölünməsi sindiromu deyil. Şizofrenik adamın nəyin həqiqi, nəyin xəyali olduğunu anlaya bilmədiyi bir ruhi xəstəlikdir. Dünya onlara düşüncələr, görünüşlər və səslər qarışıqlığı kimi görünə bilir. Şizofrenlərin davranışları çox qəribə hətta şok edici ola bilər.

Şizofreniyanın bir neçə növü vardır:

Paranoid şizofreniya:

Paranoid şizofreniya xəstələri zülm çəkməkləri ya da bəziləri tərəfindən cezalandırıldıqları ilə əlaqədar səhv inanclara sahibdirlər. Lakin düşüncələri, danışmaqları, duyğuları olduqca normaldır.

Hebefrenik Şizofreniya:

Hebefrenik şizofreniya xəstələrinin zehni qarışıq olur və çox qarışıq da danışırlar. Kənardan baxanda davranışları duyğusuz və ya səthi və ya əlverişsiz, hətta axmaqca və uşaq kimi görünə bilər. Əksəriyyətinin duş almaq və ya yemək hazırlamaq kimi normal gündəlik işləri etmə bacarıqlarını pozan nizamsız davranışları vardır.

Katatonik Şizofreniya:

Katatonik şizofreniya xəstələri ümumiyyətlə hərəkətsizdir və ətraflarınlarındakı dünyaya qarşı reaksiya verməzlər. Ümumiyyətlə çox kobud və sərt olurlar, hərəkət etmək belə istəmirlər. Ara sıra üzlərini turşudar və qəribə hərəkətlər edərlər. Və ya başqasının söylədiyi bir sözü və ya cümləni təkrar edə bilərlər. Az qida qəbulu, yorğunluq və özlərini yaralama riskləri çox yüksəkdir.

Şizofreniyanın bir çox göstəriciləri vardır. Həqiqətə uymayan , həqiqət olsa belə adamın imtina etməyi bacarmadığı qəribə inanclardır. Məsələn adam başqalarının düşüncələrini eşidə bildiyini, özünün Tanrı və ya şeytan olduğunu və ya başqalarının başına düşüncələr yerləşdirdiyinə inana bilər.
Gerçəkdə olmayan şeyləri görmək, səslər eşitmək, qəribə qoxular duymaq, ağızda “qəribə” dad hissi və bədəninə toxunan olmasa da təmas hissi kimi gerçək şeyləri hiss edirlər.
Şizofreniya xəstələrində ən məşhur olan şey səslər eşitməkdir.


Bəs Şizofreniya xəstələri təhlükəli ola bilərmi?

Kitablar və filmlər əksəriyyətən şizofreniya xəstələrini təhlükəli və vəhşi göstərir. Halbuki bu hər zaman doğdu deyil. Əksəriyyətən ətraflarından uzaqlaşmağı və yalnız olmağı seçərlər, lakin xəstəliyin yanında maddə və ya spirt asılılığı olanlar təhlükə və şiddət ehtiva edən davranışlar tapıla bilər. Digər tərəfdən şizofreniya xəstələri özlərinə zərər verə bilər. Şizofreniya xəstələri arasında gənc yaşda ölümün birinci səbəbi intihardır. Doğru müalicəylə şizofreniya xəstələri psixiatriya xəstəxanaları yerinə, ailələriylə və ya cəmiyyət içində normal bir həyat yaşaya bilərlər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
779 860 730 764 790 699

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.