Kənan Heydərov

Kənan Heydərov Sağlamlıq 18-04-2018, 12:30

Göyərtinin sağlamlıq üçün 3 əsas faydası. Hər gün yeyin!

Göyərtinin sağlamlıq üçün 3 əsas faydası. Hər gün yeyin!
Göyərtinin sağlamlıq üçün 3 əsas faydası. Hər gün yeyin!
 

Göyərti sağlam qidalanmanın ayrılmaz hissəsidir. Müasir diyetoloqlar hər gün mümkün qədər çox göyərti yeməyi tövsiyə edir.[/i]

Görəsən, həkim və diyetoloqların göyərtiyə olan sevgisinin səbəbi nədədir?[/i]

Mütəxəssislər göyərtinin əsas 3 faydalı xüsusiyyətini qeyd edir.

1. Göyərti maqneziumla zəngindir. Bu maddə sakitləşdirir, kalsiumla birlikdə sümükləri möhkəmləndirir, əzələ spazmlarını və ağrıları azaldır.[/i]

Həmçinin maqnezium ürəyin normal fəaliyyəti və damarların sağlamlığı üçün çox vacibdir. Sübut olunub ki, qida ilə kifayət qədər maqnezium alan insanlarda ürək-damar xəstəliklərinin riski 22% daha azdır.   

2. Göyərti əla prepiotikdir. Prebiotiklər bağırsaqlarda yaşayan faydalı mikrobların çoxalmasını təmin edir. Sadə dildə desək, prebiotiklər bu mikrobların qidasıdır.[/i]

Bağırsaqlarımızda 2 kq qədər mikrob yaşayır. Bu mikrobların insanın həyatında və sağlamlığında rolu o dərəcədə böyükdür ki, alimlər bağırsaqların mikrobiotanı hətta ayrı orqan kimi hesab etməyi təklif edir.

Bağırsaq mikroblorasının pozulması dəri problemlərdən tutmuş immunitetin zəifləməsi və depressiyaya qədər müxtəlif problemlərə səbəb olur.

3. Həll olunmayan qidalı liflərlə zəngin olan göyərti bağırsaqları yaxşı təmizləyir, qəbizliyin qarşısını alır.[/i]

Nəzərə almaq lazımdır ki, bəzi xəstəliklər zamanı təzə göyərti yemək olmaz.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
661 686 692 619 569 575

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.