Kənan Heydərov

Kənan Heydərov Sağlamlıq 25-04-2020, 16:16

İnfarkt və insulta qarşı sadə vasitə

İnfarkt və insulta qarşı sadə vasitə
Adi duzun yodlu duzla əvəz olunması bir çox ölümcül təhlükəli ürək-damar xəstəliklərinin inkişafının qarşısını alır.

Bu nəticə beynəlxalq elmi qrupun tədqiqatında öz əksini tapıb. Alimlərin sözlərinə görə, yodlu duzun tərkibində ürək əzələləri üçün faydalı olan və arterial təzyiqi aşağı salan kalium var. Bundan başqa, natriumla zəngin adi duzdan imtina edilsə, onun istifadəsi xeyli azalacaq ki, bu da ürəyə yaxşı təsir göstərəcək.
Mütəxəssislər natrium istehlakının Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi miqdardan iki dəfə çox olduğu Çində ürək-damar xəstəlikləri barədə məlumatları analiz ediblər. Belə ki, 2015-ci ildə ÇXR-də 2 milyondan çox insan yüksək təzyiq nəticəsində həyatını itirib.
Tədqiqatçılar müəyyən ediblər ki, kaliumla zənginləşdirilmiş duzdan istifadə hər il 208 min insult və 175 min ürəklə bağlı digər xəstəliklər olmaqla 460 min ölümün qarşısını alır. Bundan başqa, adi duzun yodlu duzla əvəzlənməsi xroniki böyrək xəstələrinin sayını da əhəmiyyətli dərəcədə azaldır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
477 470 435 466 484 446

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.