Kənan Heydərov

Kənan Heydərov Xəbərlər 28-04-2020, 19:13

Kim Çen İnə aid tabut görüntüsü gündəmi zəbt etdi - FOTO

Kim Çen İnə aid tabut görüntüsü gündəmi zəbt etdi - FOTO
Bu yaxınlarda vəfat etdiyi bildirilən Şimali Koreya lideri Kim Çen İnin cansız bədənini şüşə tabutda göstərən foto görənləri təsirləndirib.

Dünyada koronavirus epidemiyası ilə mübarizə aparılan dövrdə Şimali Koreya lideri Kim Çen İnin öldüyü barədə iddialar gündəmin əsas mövzularından biridir. 12 apreldə ürək əməliyyatı keçirərkən öldüyü iddia edilən liderin daha sonra Yaponiya mətbuatı tərəfindən süni nəfəs aparatına bağlı olaraq yaşadığı yazılıb.
Fotoda kim var? Kim Çen İnin cansız bədənini hələ də sirr olaraq qalan bir şüşə tabutda göstərən foto bütün dünyada çaşqınlıq yaradıb. Sözügedən foto Kimin atasının cənazəsinə aid olduğu irəli sürülüb.

Son olaraq qeyd edək ki, Yaponiya mediası ötən günlərdə Kim Çen İnin vegetativ vəziyyətdə, yəni ki, ayıq koma-hərəki reflekslər saxlanılmaqla mental özünüidarə aktivliyin mövcudsuzluğu ilə xarakterizə olunan vegetativ halda olduğunu iddia edən xəbər yayıb.

Kim Çen İnə aid tabut görüntüsü gündəmi zəbt etdi - FOTO

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
389 303 350 318 355 299

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.