Sən gedən yolların yolçusuyam mən,
Sən baxan göylərin ulduzuyam mən,
Mən özüm deyiləm, mən sən olmuşam..

Sən gəzən dağların ovçusuyam mən,
Sən baxan göylərin ulduzuyam mən,
Səninçün alışan, sönən olmuşam
Mən özüm deyiləm, mən sən olmuşam..

- Gəray Fəzli






