Melis

Melis özünü 😔 qəmli hiss edir. Şeirlər 24-12-2020, 08:00

Baxışına vurulmuşam

Baxışına vurulmuşam
Baxışına vurulmuşam


Baxışına vurulmuşam mən sənin,
Ən birinci gözlərini sevmişəm.
Dinləməkdən doymadiğim o şirin,
Söhbətini,sözlərini sevmişəm.


Tanrı səni mənə yazıb görəsən?
Yazıbdırsa,bu yazını pozmasın.
Sən getdiyin yolu gedir ayaqlar,
Qoy yerisin,öz yolundan azmasın.


Hara getsəm,harda olsam bilirəm,
Yollarımı gözləyəsi biri var.
Məskənimi ürəyində salmışam,
Belədirsə yaşamağın yeri var.



Şahin İlqar

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
579 589 554 541 626 579

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.