ice berg

ice berg Mətbəx 28-01-2021, 20:00

Qəhvə kremli şokoladlı peçenye

Qəhvə kremli şokoladlı peçenye
Vəsaitlər

60 qr kərəyağı 1 çay qaşığı toz qəhvə
1 yarım yemək qaşığı pudra şəkəri
2/3 su stəkanı (100 qr) un
60 qr əridilmiş şokolad

Qəhvə kremi

5/4 su stəkanı pudra şəkəri
2 çay qaşığı maye yağ
1/4 çay qaşığı toz qəhvə
1 yemək qaşığı süd

Hazırlanması

Sobanı əvvəlcədən istilədin. Kərəyağını, qəhvəni və şəkəri axıcı bir hala gələnə qədər bir qabın içində mikserlə çırpın. Unu da ələyərək əlavə edin və bərk bir xəmir halına gətirdikdən sonra üzərini bağlayıb 30 dəqiqə soyuducunda gözlədin. Xəmiri, aralarına yağlı kağız qoyaraq ovxoyla 3 mm qalınlığında açın. Xəmirdən bir qəlib köməyi ilə 3,5 sm lik yumrular çıxarın və önce­den yağladığınız soba nimçəsinə yerləşdirin. Orta istilikdəki sobada təxminən 8 dəqiqə və ya rəngləri dəyişənə qədər bişirin. Peçenyeləri sobadan çıxarmadan əvvəl 5 dəqiqə daha nimçələrində gözlədin. Peçenyeləri qəhvə kreminə batı­rın və qatılaşana qədər gözləyin. Daha sonra şokoladla üzərini bəzəyin.

Qəhvə kremi: Pudra şəkərini ələyərək bir kasaya alın,qəhvəni, yağı və kifayət qədər südü əlavə edib qarışdırın.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
408 356 379 426 361 349

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.