n2006

n2006 Şeirlər 9-09-2021, 13:00

QƏLBİM SEVGİSİZ QALAR...

QƏLBİM SEVGİSİZ QALAR...
Gözlərin baxmaz bu gözlərimə,
Qəlbim yad baxışlara tutulub qalar.
Əllərin toxunmaz bu əllərimə,
Qəlbim sevgisiz,həyatsız qalar.

Başımın üstünü duman bürüyər,
Sevgi duman altında çarəsiz qalar.
Yağış üzümdən səssiz süzülər.
Qəlbim sevgisiz,baharsız qalar,


Qaranlıq otaqda olduğun kimi,
Bir işıq baxmaz bu gözlərimə.
Səni itirdiyim o böyük gəmi,
İndi yoldaşımdır səssizliymə.

Qəlbimdə sevginin yeri közdür,dumandir.
Sanki yaşadıqlarım yoxdur,yalandır.
Doğrudan qaçmıram o sirdaşımdır,
Qəlbim səssizdir,susqun qalıbdır.

Nəfəs dərindən aldım,hamı ahımı bildi,
Gözlərimin nuru getdi,hamı kor oldu dedi.
Söyləmədi nə qələm,nə dəftər sözlərimi,
Ah çəkmədim,kor olmadım ruhum həyatdan getdi

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
493 486 440 403 441 452

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.