Yumurtasız Ləzzətli Və Pambıq Kimi Yumşaq Roqalik
Çayın yanına dadlı şirniyyat bişirmək istəyirsiniz? Ancaq evdə yumurta yoxdur? Evdə olan məhsullarla, yumurtasız dadlı və yumşaq roqalik (buynuz formalı bulka) bişirin
Tərkibi:
Xəmir üçün:
2 çay qaşığı quru maya
250 ml isti süd
7 xörək qaşığı şəkər tozu (və ya zövqə görə)
100 qr kərə yağı
3 stəkan un
çimdik duz
vanil
Üzəri üçün:
1 ədəd yumurta sarısı
2 xörək qaşığı süd
İçlik üçün:
alma cemi
Hazırlanma qaydası:
Xəmiri hazırlamaq üçün isti südə mayanı əlavə edib qarışdırın. Mayanın aktivləşməsi üçün kənarda 5-10 dəqiqə saxlayın. Üzərinə şəkər tozu, vanil, duz və kərə yağı da əlavə edin. Unu da ələyərək az-az əlavə edib yumşaq xəmir yoğurun. Xəmirin üzərini örtüb isti yerdə 1,5-2 saat saxlayın. Xəmirdən kiçik kündələr edib şəkildəki kimi yayıb kəsiklər atın. İçlik yerləşdirib bükün. Roqalikləri yağlı kağız sərilmiş soba sinisinə düzüb 30 dəqiqə kənarda saxlayın.
Üzəri üçün bir qabda yumurta sarısını südlə qarışdırıb xəmirlərin üzərinə yaxın. Əvvəlcədən 180-190 dərəcə qızdırılmış sobada üzəri qızarana qədər bişirin.

Nuş Olsun!