n2006

n2006 Mətbəx 24-12-2021, 21:55

Bayram süfrəsi üçün zrizantema salatı

Bayram süfrəsi üçün zrizantema salatı
Salata bu ad çiçəyə bənzəyən görünüşünə görə verilib. Çiçək ləçəkləri çox orijinal görünən kartof çipslərindən hazırlanır. LoaDinG.Az bayram süfrəsi üçün xrizantema salatının reseptini təqdim edir.

Tərkibi:

250 qr hisə verilmiş toyuq filesi ( və ya suda bişmiş toyuq filesi)
4 ədəd yumurta
150 qr konserləşdirilmiş qarğıdalı
100 qr marinə edilmiş şampinyon göbələyi
50 qr kartof çipsi
140 qr mayonez
Hazırlanma qaydası:

Hisə verilmiş toyuq filesini kub formasında doğrayın. Göbələkləri də nazik halqalar formasında doğrayın. Yumurtanı bişirin, sarısını və ağını ayrı qablara rəndələyin. Salatı düzəcəyiniz boşqaba alt qata doğranmış toyuq filesini halqa şəklində yayıb mayonez yaxın. İkinci qata doğranmış göbələkləri də düzüb mayonez yaxın. Üçüncü qata süzülmş qarğıdalı da düzüb mayonez yaxın. Rəndələnmiş yumurta ağını da yayıb mayonez yaxın. Ən üst qata yumurta sarısını da hərə tərəfli yayın. Kartof çipslərini də xrizantemanın çiçəyi kimi hər tərəfinə düzün. Hazırladığınız salatı 1 saatlıq soyuducuya yerləşdirin.




Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
458 542 469 494 497 464

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.