n2006

n2006 Mətbəx 20-03-2022, 08:26

Xəmirsiz Dadlı və İştah Açan Kələmli Lavaşlı Piroq

Xəmirsiz Dadlı və İştah Açan Kələmli Lavaşlı Piroq
Bişmiş kələm ilə lavaşlı piroq – tez hazırlanan, dadlı və iştah açan xəmirsiz bir reseptdir. LoaDinG.Az lavaşlı, kələmli piroqun reseptini təqdim edir.

Tərkibi:
300 qr kələm
2 ədəd lavaş
2 ədəd yumurta
70 ml qatıq
2 xörək qaşığı bitki yağı
duz, istiot zövqə görə
Hazırlanma qaydası:
İlk öncə kələmi doğrayıb tavada 30 dəqiqə bişirin. Bir qabda yumurtaları çırpıb üzərinə qatıq əlavə edin. Duz, istiot əlavə edib yaxşıca qarışdırın. Lavaşın birini kiçik parçalara ayırın və yumurtalı qarışığa əlavə edin. Soba sinisinə ilk öncə lavaş yerləşdirin. Üzərinə bişmiş kələmi düzün. Kələmin üstünə lavaşlı yumurta qarışığını yayın. Zövqə görə üzərinə küncüt və ya kətan toxumu səpə bilərsiniz. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 20-25 dəqiqə bişirin.

Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
368 417 343 364 341 346

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.