n2006

n2006 Mətbəx 4-07-2022, 07:00

Lavaş Arası Qayğanaq

Lavaş Arası Qayğanaq
Səhər yeməyinin artıq darıxdırıcı və monoton olduğu günlər keçdi. Lavaşda qayğanaq bişirməyi təklif edirik. Həm çox dadlı, həm də doyurucudur. LoaDinG.Az lavaş arası qayğanağın reseptini təqdim edir.

Tərkibi:

1 ədəd lavaş
1 ədəd yumurta
1 ədəd pomidor
20 qr pendir
bir neçə budaq cəfəri və ya kişniş
Hazırlanma qaydası:

İsti bir tavanı azca yağlayın. Lavaşı kvadrat formasında kəsib tavaya yerləşdirin. Lavaşın kənarları tavadan kənara çıxacaq. Lavaşa bir ədəd yumurta sındırıb tökün. Doğranmış pomidor, rəndələnmiş pendir və xırda doğranmış göyərti əlavə edin. Lavaşı zərf şəklində bükün və qapaq ilə örtün. Bir neçə dəqiqə zəif ocaqda hər iki tərəfini qızardın.





Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
646 628 487 557 562 544

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.