n2006

n2006 Mətbəx 26-08-2022, 16:30

Sərinləşdirici Portağallı Buzlu Qəhvə

Sərinləşdirici Portağallı Buzlu Qəhvə
Qəhvə sevənlər üçün isti yay günlərində sərinləşdirici içki. Portağal ətirli və dadlı buzlu qəhvə hazırlamağı təklif edirik. LoaDinG.Az portağal şirəsi ilə buzlu qəhvə reseptini təqdim edir.

Tərkibi:

2 ədəd portağal şirəsi
2 ədəd rəndələnmiş portağal qabığı
1 stəkan su
1 stəkan şəkər tozu
4 stəkan soyuq qəhvə
Hazırlanma qaydası:

İlk öncə 2 ədəd portağalın qabığını rəndədən keçirin. Rəndələnmiş portağalı dilimləyin. Bir qazanda portağal dilimləri və portağal qabığı rəndəsinin üzərinə su və şəkər tozu əlavə edib 5 dəqiqə qaynadın. Portağalın dilimlərini və qabığı süzüb şirəni soyudun. Daha sonra 2 ədəd portağalın sıxılmış şirəsini qəhvə ilə qarışdırın. Üzərinə alınan şirəni tökün. Qəhvəli portağal şirəsini bokala töküb üzərinə xırdalanmış buz əlavə edin. Portağal dilimləri ilə bəzəyib süfrəyə verə bilərsiniz.



Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
450 466 372 413 417 413

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.