amon

amon Mətbəx 3-01-2023, 18:27

Bişməyən “Bounty” Ruleti

Bişməyən “Bounty” Ruleti
Kokoslu desertləri sevənlər üçün bu dadlı və asan hazırlanan rulet əvəzolunmaz olacaq.

Bişməyən “Bounty” Ruletinin tərkibi
100 qr kokos qırıntısı
200 qr qatılaşdırılmış süd
50 qr kərə yağı
350 qr peçenye (Oreo və ya hər hansı şokoladlı peçenye)
70 ml süd

Bişməyən “Bounty” Ruletin hazırlanma qaydası: Dərin bir qabda kokos qırıntısı, qatılaşdırılmış süd və otaq temperaturunda yumşaldılmış kərə yağını qarışdırın. Kokoslu qarışığı bir qazana tökün və orta istilikdə qızdırın. Kütlə isti olan kimi ocaqdan götürüb bir boşqaba töküb yayın. Üzərinə streç salafan örtün və təxminən 20 dəqiqə soyuducuya yerləşdirin ki, soyusun və sabitləşsin. Peçenyeləri blenderlə qırıntı halına gətirin. Bir qabda peçenye qırıntılarının üzərinə süd əlavə edib yaxşıca qarışdırın. Dəzgahın üzərinə streç salafan sərin. Peçenyeli kütləni streç salafanın üzərinə əllərinizlə düzbucaqlı şəklində düz bir təbəqə halında yayın. Soyudulmuş kokoslu içliyi xəmirin üstünə qoyub hər tərəfinə yayaraq hamarlayın. Streç salafanın köməyi ilə rulet formasında büküb streç salafana mökhəm sarın. Ruleti 2-3 saatlıq soyuducuya yerləşdirin. Soyuducudan çıxarıb dərhal yeyin. Əks halda 5-10 dəqiqədən sonra yumşaq olur.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
510 467 516 433 446 479

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.