KiBirLi_PrenS.

KiBirLi_PrenS. İslam Dini 2-04-2023, 17:30

Oruca necə niyyət etməli?

Oruca necə niyyət etməli?
Orucun şərtlərindən biri niyyətdir. Niyyətsiz oruc səhih deyil. Buna görə də oruca nə zaman və necə niyyət ediləcəyini bilmək lazımdır. Oruca iki vaxtda niyyət etmək olar:

1. Axşamdan etibarən günorta vaxtına qədər niyyət edilən oruclar. Ramazan orucu, müəyyən günlərdə tutulması əhd edilən (nəzir) oruclar və nafilə oruclara gecə imsak vaxtından əvvəl niyyət edilə biləcəyi kimi günortaya qədər də niyyət edilə bilər. Gecə niyyət etmək daha fəzilətlidir.

Gündüz edilən niyyətin caiz olması üçün, imsak vaxtından sonra orucu pozan şeylərdən uzaq durmaq və nə isə yeyib-içməmək lazımdır. Orucu pozan (və ya oruca zidd) hər hansı bir iş görüldüyü təqdirdə gündüz edilən niyyət caiz deyil.

2. İmsak vaxtından əvvəl gecə niyyət edilən oruclar. Bunlar qəzaya qalan və başqa vaxt tutulan Ramazan orucu və bütün kəffarə oruclarıdır. Həmçinin başlanıb pozulan nafilə orucların qəzası və mütləq olaraq (zamanı təyin olunmayan) nəzir oruclarına da gecə niyyət edilməlidir. Bu oruclar üçün müəyyən vaxt təyin olunmadığından imsak vaxtından əvvəl gecədən niyyət etmək lazımdır. Həmin oruclara dan yeri ağardıqdan yəni imsak vaxtı keçdikdən sonra niyyət etmək olmaz.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
594 678 532 572 589 538

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.